Parlamentin saytı dağıdıldı - hakker hücumu

Gürcüstanda hakerlərin hücumu nəticəsində artıq ikinci gündür ki, Parlamentin saytı işləmir.

AzNews.az İnterfaxs - a istinadən bildirir ki, saytın işi tam iflic edilib. Hazırda bütün tədbirlər görülür ki, saytın içi bərpa olunsun. Mütəxəssislərin fikrincə, saytın işini tam bərpa etmək üçün ən azı 10 gün vaxt lazımdır.

Qeyd edək ki, dekabrın 31-də bir sıra hökumət saytları ilə yanaşı Parlamentin də saytı hücuma məruz qalmışdı, amma o vaxt hücumun qaqrşısını vaxtında almaq mümkün olmuşdu.

Ayxan
AzNews.az