17:39
(077) 610-22-33

Miqrantlarla davaya hazırlaşan 104 nəfər saxlanıldı

  • >
460 13 Yanvar 2014 09:16 | Region


Rusiyanın Perm şəhərində miqrantlarla kütləvi davaya hazırlaşan 104 nəfər saxlanılıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 104 nəfərin saxlanması barədə xəbəri DİN-in Perm vilayəti üzrə idarəsi yayıb.

Yerli sakinlər miqrantlara dava etmək üçün "Nemo" barının qarşısına toplaşıblar. Davanın olacağı barədə xəbər sosial şəbəkələrdə yayılıb. Sosial şəbəkələrdəki məlumatlara görə, miqrantlar gənc qıza sataşıb və daha sonra qızı müdafiə edən gənci döyüblər. Həmin gəncin xəstəxanada öldüyü barədə də məlumatlar yayılıb. Bundan sonra yerli gənclər barın qarşısına toplaşıblar.

Perm polisi araşdırma apararaq miqrantların gənc qıza və onu müdafiə edən gəncə hücumu barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. Bununla yanaşı gözlənilən kütləvi davanın qarşısını almaq üçün polis barın qarşısına gələrək ora toplaşan 104 nəfəri saxlayıb.

Elnarə
AzNews.az
Bağla X