Polis Ərdoğanın oğlunu izləyib- FOTOLAR


Adı Türkiyədəki rüşvət qalmaqalına qarışan baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın polis tərəfindən təqib edilməsi zamanı çəkilən fotolar yayılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Ərdoğanın hələ hərrac keçirilmədən aldığı ərazidə tikiləcək binaların layihəsi əcnəbi memarların da iştirakı ilə hazırlanıb. Layihənin hazırlanmasında iştirak edən şirkətlərə bu barədə hər hans məlumatı sızdırmamaq tapşırılıb.

İddialar meydana çıxdıqdan sonra İstanbulun bələdiyyə başqanı Kadir Topbaş ərazinin sənədini nümayiş etdirmişdi.

Ancaq istintaq materialları arasında ərazinin "Bosphorus 360"a veriləcəyi haqında keçirilən iclaslar, əcnəbi memarların ölkəyə gətirilməsi, Bilal Ərdoğanın bu görüşlərdəki iştirakına dair onlarla görüntü var.

Elnur
AzNews.az
image description image description image description