06:39
(077) 610-22-33

Ermənilər Rusiyanın “qoltuq altısı” olmağa qərar verəcəklər

  • >
522 17 Avqust 2012 09:11 | Region

Müzakirələrə sentyabrda start veriləcək



Ermənilər daha bir rusyönümlü qərarı payız sesyasında verməli olacaqlar. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, erməni parlamentarilər ölkənin MDB ölkələrinin Azad Ticarət Zonasına üzvlük məsələsini payız sesyasında müzakirəyə çıxaracaqlar.

Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanun layihəsi hazırda konstitusiya məhkəməsindədir və onun ali qanuna uyğunluğu yoxlanılır. Sentyabr da isə, ratifikasiya üçün parlamentə təqdim olunacaq.

Qeyd edək ki, Ukrayna üzvlüklə bağlı qanun layihəsini avqustun 9-da ratifikasiya edib. Rusiya və Belarus da bu siyahıdadır. Xatırladaq ki, MDB ölkələrinin Azad Ticarət Zonasının yaradılması haqqında qərar 2011-ci il oktyabrın 18-də verilib.

Sadiq
AzNews.az

Bağla X