19:33
(077) 610-22-33

Müxalifətçilər vilayət sovetinin binasını tutub

  • >
590 27 Yanvar 2014 15:23 | Region


Ukraynada müxalifətçilər Çernoqovada vilayət sovetinin binasını ələ keçirib.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, binanın tutulması zamanı mühafizə və milis heç bir müqavimət göstərməyib.

Müxalifətçi deputatların sözlərinə görə, binada Xalq Sovetinin qərargahı yerləşəcək. Yaxın zamanda müxalifətçilər əyalətin deputatlarının növbədənkənar iclası keçiriləcək.

Prezident Yanukoviçin rəhbəri olduğu Regionlar Partiyasının nümayəndəsi, Əyalət Sovetinin sədri Anatoli Melnik iclasın keçirilməsi tələbi ilə razılaşdığını bildirib.

Bununa belə qeyd edib ki, vilayətdən olan bütün deputatları qısa zamanda toplamaq mümkün olmayacaq və buna görə də kvorum alınmaya bilər.

Melnik həmçinin müxalifət təmsilçilərini qubernator Vladimir Xomenko ilə görüşünün təşkil edəcək.

Elnarə
AzNews.az
Bağla X