Ukraynanın baş naziri istefaya getdi

Ukraynanın baş naziri Nikolay Azarov istefa verib.

AzNews.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin saytında yerləşdirilib.

Baş nazir istefa qərarını ölkədə ictimai-siyasi sabitliyə nail olmaq üçün qəbul etdiyini bildirib.

Azarov həmçinin istefasını Ukraynanın bötüvlüyünü qorumaq üçün addım kimi qiymətləndirib.

Elnur
AzNews.az