MAQATE inspektorları İran uran mədənlərində


AzNews.az İRNA agentliyinə istinadən xəbər verir ki, 29 yanvarda İranda səfərdə olan MAQATE - nin bir qrup inspektorları Xaçın uran mədənində olublar.

Bu barədə agentliyə İranın atom enerjisi üzrə nəzarət və inspeksiya təşkilatının baş direktoru Mühəmməd Amiri məlumat verib. Onun sözlərinə görə İranla MAQATE arasında əvvəlcədən əldə edilmiş razılıq çərçivəsində inspektorlar 5 saat müddətində mədənləri gəziblər. ilk dəfə beynəlxalq təşkilatın üzvləri mədənlərdə 2005 - ci ildə olublar.
2013 - cü ilin noyabrında "altılıq" dövlətləri (BMT TŞ - nın daimi 5 üzvü və AFR) ilə İran arasında əldə olunan razılığa əsasən MAQATE ekspertləri Ərakda tikilən nüvə reaktoruna da baş çəkiblər.


Azər
AzNews.az