04:13
(077) 610-22-33

Putinlə Ərdoğan Ukraynadakı son vəziyyəti müzakirə ediblər

  • >
777 4 Mart 2014 21:12 | Region

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda telefon danışığının R.T.Ərdoğanın istəyi ilə gerçəkləşdiyi bildirilib.

V. Putinlə R.T. Ərdoğan arasında Ukraynada baş verən böhran, xüsusi ilə də Krımda baş verən son hadisələrin inkişafı ətraflı müzakirə olunub.

Hər iki tərəf "Maydan"ın radikal və ekstremist güclərinin aqressiv fəaliyyətinə baxmayaraq Krımda millətlərarası və konfessiyalararası sülhün və sabitliyin təmin olunacağına əminliyini bildiriblər.

Putin və Ərdoğan bu mövzuda müxtəlif səviyyələrdə əlaqələrin saxlanılması barədə razılığa gəliblər.



AzNews.az
Bağla X