23:50
(077) 610-22-33

Səfirimiz Şərqi Azərbaycan əyalətinin valisi ilə görüşüb

  • >
486 6 Mart 2014 21:59 | Region


Bu gün Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüşüb.

APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə İran-Azərbaycan münasibətləri və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

C.Axundov bildirib ki, İran böyük tarixə malik olan bir ölkədir: "Bu tarixi sərvətin, mədəni irsin qorunmasının ağır vəzifəsi bizim öhdəmizdədir. İki ölkə arasında əlaqələr daha da genişlənməlidir".

Onun sözlərinə görə, İranla Azərbaycan arasında nəqliyyat və daşınma məsələsi mühüm mövzudur: "Azərbaycan Respublikası öz dəmir yolu xəttinin İranın bütün dəmir yolu xəttinə qoşulması üçün bir çox addımlar atıb. Bu addımların da tezliklə nəticə verəcəyinə ümidvarıq".

Səfir deyib ki, bu il Azərbaycanda da "Sənaye ili" kimi qeyd olunur: "Azərbaycan hökuməti sənaye və istehsal obyektlərinin yaradılması yaxşı imkanlar təklif edir. Biz İran investorları və istehsalçılarını Azərbaycanın texnologiya və sənaye şəhərciklərində qəbul etməyə hazırıq".

C.Axundov azərbaycanlı tələbələrin İranın ali təhsil müəssisələrində təhsil alması məsələsinə toxunub, həmçinin Azərbaycanda yeni xəstəxanaların tikilməsindən xəbər verib: "Azərbaycan vətəndaşlarının İrana müalicə üçün gediş-gəliş şəraitinin yaxşılaşması zəruridir. Əlbəttə, bu sahədəki problemlər keçmişə nisbətən yaxşılaşıb. Ancaq İranın müxtəlif şəhərlərində azərbaycanlı xəstələrin qəbulu və müalicəsi şəraitinin yaxşılaşdırılması yeni proqramın hazırlanması zəruridir".


AzNews.az
Bağla X