10:20
(077) 610-22-33

Ali Rada Krımı hədələdi: “Tələb icra olunmazsa, Krım Ali Radası buraxılacaq”

  • >
883 11 Mart 2014 16:03 | Region

Ukrayna Ali Radası Krım Muxtar Respublikasının parlamentinin bu gün qəbul etdiyi müstəqilli bəyannaməsi ilə bağlı bəyanat verib.

AzNews.az-ın məlumatına görə, bəyanatda Krım Muxtar Respublikasının Ali Radası martın 16-da referendum keçirilməsi ilə bağlı qərarını dayanadırmağa çağırılıb.

Bəyanatda o da qeyd olunub ki, Krım parlamentinin Rusiyaya birləşdirilməsi ilə bağlı qərarı da Ukrayna Konstitusiyasına ziddir: "Ali Rada Krım parlamentindən tələb edir ki, təcili olaraq öz fəaliyyətlərini Ukrayna Konstitusiyası ilə uyğunlaşdırsınlar və ölkə qanunvericiliyinin tələblərinə riayət etsinlər. Əgər irəli sürülən tələblər icra olunmazsa, Ukrayna parlamenti Krım Ali Radasının vaxtından əvvəl buraxılmasına dair qərar veriləcək".

AzNews.az
Bağla X