13:08
(077) 610-22-33

Ukrayna ordusunun polkovniki oğurlandı

  • >
896 18 Mart 2014 13:26 | Region

Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli zabiti Krımda oğurlanıb.

AzNews.az-ın məlumatına görə, bu barədə xəbəri Ukrayna Müdafiə Nazirliyinin Krımdakı qərargahının mətbuat xidmətinin rəhbəri Vladimir Seleznyov verib.

O deyib ki, hadisə martın 17-də saat 17.00 radələrində Sevastopol yaxınlığında baş verib. Ukrayna Ordusunun polkovniki Anatoliy Kalyan xidmət etdiyi Hava Hücumundan Müdafiə bölməsinin yaxınlığında silahlı şəxslərin hücumunu məruz qalıb.

Hadisə zamanı atəş səsləri də eşidilib. Silahlılar iki avtomobildə olublar.

Hazırda ukraynalı zabitin harada olduğu haqda heç bir məlumat yoxdur.

AzNews.az
Bağla X