04:49
(077) 610-22-33

Rusiyanın miqrantlar üçün qoyduğu son tarixə az qaldı

  • >
4 705 27 Mart 2014 20:57 | Region

Martın 31-də Rusiyanın əmək miqrantları üçün müəyyən etdiyi üç aylıq müddət başa çatır.


Bu müddət başa çatdıqdan sonra iş patenti olmayan miqrantlar Rusiyanı tərk etməlidirlər və 90 gün ərzində ora geri dönməməlidirlər. Bu, Rusiyada işləyərək ailələrini dolandıran MDB miqrantlarının böyük narahatlığına səbəb olub.

Bəzi MDB ölkələri Rusiyaya müraciət edərək onun vətəndaşları üçün istisnalar nəzərdə tutmağı xahiş ediblər. Belə ölkələr sırasında Tacikistanın və Ermənistanın adı hallanır. Martın 21-də Dövlət Duması tacik miqrantlar üçün istisnaları nəzərdə tutan sazişi təsdiqləyib. Həmin sənədə görə, tacik miqrantlar Rusiyadan kənara çıxmadan bu ölkədə qalıb işləyə bilərlər.

Amma belə sənəd Ermənistan üçün hələ təsdiqlənməyib və erməni KİV-ləri bunu Rusiyanın Gömrük İttifaqı məsələsində Ermənistana təzyiq vasitəsi kimi dəyərləndirirlər.(ANS)
Bağla X