17:32
(077) 610-22-33

Cazibədar prokurora təhqiramiz klip çəkildi - VİDEO

  • >
3 595 28 Mart 2014 11:07 | Region

"Ах, prokuror Nataşa "

Ukraynalı musiqiçi Krımın 33 yaşlı prokuroru Nataliya Poklonskaya "Ax, kakaya nyaşa, prokuror Nataşa" adlı mahnı bəstələyib. AzNews.az-ın məlumatına görə, Ukrayna mediası yazır ki, odessalı bəstəkar və müğənni Saşa Blaqovun müəllifi olduğu bu mahnı rəsmi Kiyev tərəfindən cinayətkar hesab olunan, lakin son günlər internet resurslar vasitəsilə məşhurlaşan cazibəli prokuroruna həsr olunub. Martın 11-də işinin icrasına başlayan prokurorun ilk brifinqin "Youtube" sosial şəbəkəsində milyonlarla tamaşaçı izləyib. Bu onun prokuror vəzifəsi üçün yaşının azlığı və cazibəliliyi ilə bağlı olub. Mahnıya maraqlı klip də çəkilib. Qeyd edək ki, Krımın Rusiyanın əlinə keçməsindən sonra 33 yaşlı Nataliya Poklonskaya muxtar respublikanın prokuroru təyin edilib. Rəsmi Kiyev isə N. Poklonskayanı ölkə Konstitusiyasını pozmaqda və hakimiyyətin zorla ələ keçirilməsinə dəstək verməkdə günahlandıraraq, Ukrayna Cinayət Məcəlləsinin 109.1-ci maddəsi ilə ittiham irəli sürüb. Gənc prokuror Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən rəsmi şəkildə axtarışa da verilib.



Məhəmməd
AzNews.az
Bağla X