06:28
(077) 610-22-33

10 yaşlı məktəblinin qatili tutulub

  • >
1 428 28 Mart 2014 23:20 | Region



Qolçindən olan 3 - üncü sinif şagirdinə təcavüz edərək öldürməkdə şübhəli bilinən 28 yaşlı işsiz şəxs tutulub.

AzNews.az - ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə tutulan şəxs təqsirini etiraf edib.
1985 - ci il təvəllüdlü, heç yerdə işləməyən, Odinçovsk rayonunun Kiçik Vyazemı qəsəbə sakini Konstantin Tişkin adlı şəxs öz evində həbs edilib.
Xatırladaq ki, Bolşevyazemsk gimnaziyasının şagirdinin meyidi 6 martda Moskvaaltı Qolçin qəsəbəsində meşədən tapılıb.
İstintaqın ehtimalına görə şagird həmişə olduğu kimi öz yolu ilə məktəbə gedərkən naməlum şəxs ona hücum edib. Cinayətkar uşağı meşəyə sürüyüb, onun acizliyindən istifadəı edərək təcavüz edib və sonra boğaraq öldürüb.
Polis qatil haqqında informasiyaya görə 1 milyon rubl mükafat vəd edib.

Əli
AzNews.az

Bağla X