01:38
(077) 610-22-33

Ukraynada prezidentliyə namizədlər- Siyahı

  • >
1 317 31 Mart 2014 11:24 | Region

Ukrayna prezidentliyinə namizədlərin qeydiyyatı ilə bağlı sənədlərin qəbulu prosesinə yekun vurulub.

AzNews.az-ın məlumatına görə, Ukrayna Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib ki, sənəd qəbulu martın 30-da gecə saatlarında bitib.
Ümumilikdə isə namizəd olmaq üçün MSK-ya müraciət edənlərin sayı 46 nəfərdir. Onlardan 12 nəfərinin sənədləri qaydasında olmadığına görə, geri qaytarılıb, 10 nəfərin isə sənədləri baxılma prosesindədir.
Namizədlərdən 24 nəfəri lazım olan bütün sənədləşməni yekunlaşdırıblar. Hələ ki, sabiq baş nazir, ötən ay həbsdən azad olunan Yuliya Timoşenko, "Ukrayna İnternet Partiya"sının sədr müavini Dart Veyder, Kommunist Partiyasının lideri Petr Simonenko, "Maydan" hərəkatının Tibb Xidmətinin koordinatoru Olqa Boqomoleç, sabiq müdafiə naziri Anatoliy Qriçenko, keçmiş vergilər naziri Aleksandr Klimenko, Ali Radanın deputatı, sahibkar Petr Poroşenko və İrəli Ukrayna Partiyasının sədri Nataliya Korolevskayanın namizədliyi qeydə alınıb.

Bundan başqa qeydə alınanlar arasında Xarkov vilayətinin sabiq qubernatoru Mixail Dobkin, sabiq iqtidar firqəsi olan Regionlar Partiyasının liderlərindən olan Serqey Tiqipko, Baş Prokurorun keçmiş müavini Renat Kuzmin, Ümumukrayna Avropa Konqresinin prezidenti Vadim Rabinoviç, sabiq baş nazir Yuriy Boyko, keçmiş prezident Viktor Yanukoviçin müşaviri Valeriy Konavalyuk və "İnteraqroeksport"un baş direktoru Vladimir Saranov da var.

Xatırladaq ki, "Maydan" hərəkatının qalib gəlməsindən sonra Viktor Yanukoviç prezidentlikdən kənarlaşdırılıb. Bundan sonra Ali Rada mayın 25-də Ukrayna prezidentliyinə növbədənkənar seçkilərin keçirilməsinə dair qərar qəbul edib.

AzNews.az
Bağla X