12:31
(077) 610-22-33

BMT baş katibi Xamneyi ilə görüşdü

  • >
536 30 Avqust 2012 08:14 | Region

Xameneyi: “Nə qədər ki, onlar məsuliyyətsizcə Suriya müxalifətini silahlandıracaqlar, bu problemdə həllini tapmayacaq”

BMT-nin baş katibi Pan Gi Mun İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi ilə görüşüb. AzNews.az-ın mehrnews.com saytına istinadən verdiyi xəbərə görə, tərəflər əsasən İranın nüvə proqramını müzakirə ediblər. Xameneyi görüşdə bildirib ki, onun ölkəsi nüvə silahı olmayan yaxın şərqin mövcudluğunda maraqlıdır.

O, həmçinin BMT-nin bu istiqamətdə apardığı fəaliyyəti yetərli saymayıb və əlavə edib ki, BMT yaxın şərqin nüvəsizləşdirilməsi üçün daha böyük təşəbbüslər göstərməlidir. Bundan əlavə İran ali dini lideri İsrail və ABŞ-ın ünvanına da tənqidlər yağdıraraq bildirib ki, nüvə silahının yayılması bu ölkələrin əliylə həyata keçirilir, bu isə yaxın şərq dövlətləri üçün böyük təhlükədir. BMT strukturuna da toxunan Xamneyi qeyd edib ki, Təhlükəsizlik Şurasında əyləşən dövlətlərin hamısı nüvə dövlətidir ancaq nüvəsizləşdirmə ilə bağlı çağırışlar edirlər.

İranlı lider Suriya məsələsinə də toxunub və qeyd edib ki, bu problemin kökü xarici dövlətlərdə yatır. "Nə qədər ki, onlar məsuliyyətsizcə Suriya müxalifətini silahlandıracaqlar, bu problemdə həllini tapmayacaq". İranlı ali dini lider Beynəlxalq Atom Enerjisi Təşkilatının da fəaliyyətini tənqid edib və bildirib ki, agentlik İranın sülhməramlı nüvə enerjisi proqramına yardım etməli olduğu halda, əsasız iddialarla bu proqrama əngəl törədir.

Sadiq
AzNews.az
Bağla X