02:11
(077) 610-22-33

Ruslar Ukraynada 60 nəfəri girov götürdü - Video

  • >
1 657 8 Aprel 2014 20:56 | Region

Ukraynanın Luqansk vilayətində Rusiya meylli silahlı separatçılar Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yerli idarəsini ələ keçiriblər. AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, separatçılar dövlət idarəsi ilə yanaşı çoxlu sayda şəhər sakinini də girov götürüblər: "DTX-nin yaydığı açıqlamada bildirilib ki, terrorçular qurumun vilayət idarəsinin binasını minalamaqla yanaşı 60-a yaxın mülki şəxsi də girov götürüblər".

Ukrayna DTX separatçılardan təcili olaraq, girovların azad olunmasını tələb ediblər. Bu arada DTX-nın binasını ələ keçirən silahlı separatçıların video açıqlaması da yayılıb.

Videonu təqdim edirik:



Məhəmməd
AzNews.az
Bağla X