İstanbulda “Nimfomaniya”ya görə aksiya: Tələbələr etiraza başladı

Türkiyədə nümayişi qadağan edilən "Nimfomaniya" filiminə görə tələbələr aksiyalara başlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin İstanbul Film Festivalında nümayişi nəzərdə tutulsa da Türkiyə hökuməti buna imkan verməyib. Buna etiraz edən tələbələr isə filmin İstanbulun 4 universitetində bu gün nümayiş olunmasına cəhd edirlər. Etiraz edənlərin yaydığı açıqlamada bildirilib ki, həyatınıza sahib çıxın: "Küçədə qatil, evində oğru hökumət olan dövlətdə antidemokratik, təzyiqçi, avtoritar tətbiqlər qarşısında filmsever hər kəsi kinolarına, məhsullarına, azadlıqlarına, sözdemə hüquqlarına, həyatlarına sahib çıxmağa çağırırıq".

Qeyd edək ki, bu filmin martın 14-də Türkiyə kino kulublarında göstərilməsi planlaşdırılsa da, intim və qeyri-etik səhnələrə görə proqramdan silinib. Film ötən ay Berlin Film Festivalında nümayiş olunub.


Sevinc
AzNews.az