09:36
(077) 610-22-33

Ermənilərdən Ərdoğana cavab

  • >
1 342 7 Avqust 2014 07:20 | Region

Türkiyədə keçiriləcək prezident seçkisinin ən real namizədi olaraq göstərilən Rəcəb Tayyib Ərdoğan "NTV"də yayımlanan "Namizədlər danışır" proqramında ermənilərlə bağlı söylədiyi fikirə görə erməni yazarların qınağına tuş gəlib.

anspress-in məlumatına görə, Türkiyədə yaşayan bir sıra erməni müxbir, yazıçı və ziyalılar Ərdoğanın söylədiyi sözlərə qarşılıq olaraq, "Bağışlayın, ermənilər" başlıqlı yazılı açıqlama ilə cavab veriblər.

Mətndə Anna Turay, Arat Dink, Ardaşez Margosyan, Aris Nalcı, Garo Paylan, Harutyun Özer, Karin Karakaşlı, Kenan Yenice, Hayko Bağdat, Nazar Binatlı, Nazar Büyüm, Ohannes Kılıçdağı, Rober Koptaş, Sebu Aslangil, Şake Yalçın, Tatyos Bebek, Yetvart Danzikyan kimi ictimaiyyət xadimlərinin imzası yer alıb.

"60 il bizə "türkəm" söylətdilər. Söylədiyimiz şeyi heç də çirkin qəbul etmədik. Bizim də içimizdə türk düşməni oldu, amma biz onu seçib baş tacı etmədik. Bu bizim təmsilçimizdir deyə ortaya çıxarmadıq." – deyə erməni qələm adamları Ərdoğanın sözünə etirazlarını bildiriblər.

Xatırladaq ki, R.T.Ərdoğan qonaq olduğu proqramda haqqında söylənən iddialara, "Mənim üçün gürcüdür dedilər. Hətta çox daha çirkin şeylər deyənlər də oldu, ermənidir dedilər. Mənim atamdan, babamdan eşitdiyim bir şey var: Türk oğlu türkəm!" – deyə cavab verib.

AzNews.az
Bağla X