11:47
(077) 610-22-33

Ukrayna təyyarəsi qəzaya uğradı

  • >
964 30 Avqust 2014 18:08 | Region

Ukraynaya məxsus AN-12 yük təyyarəsi Əlcəzairdə qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, "Ukrayna-Aeroalyans" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ukraynalılardan ibarət 7 nəfərlik ekipaj həlak olub.

Tamanrasset (Əlcəzair) - Malabo (Ekvatorial Qvineya) marşrutu üzrə uçan təyyarə neft avadanlıqları daşıyırmış. Qəzanın səbəbləri araşdırılır.

AzNews.az
Bağla X