05:43
(077) 610-22-33

Poroşenko müharibə zonasına getdi

  • >
652 8 Sentyabr 2014 16:26 | Region

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətinə gedib.

ANS PRESS-in məlumatına görə, bu barədə Poroşenkonun mətbuat katibi Svtoslav Çeqalko açıqlama verib.

Onun sözlərinə görə, Donetskdə olan Poroşenko qanlı döyüşlərin getdiyi Mariupola gedib. Prezident burada bir sıra sənaye müəssisələrinə baş çəkəcək.

Qeyd edək ki, sentyabrın 5-də Minskdə Ukraynanın münaqişə bölgəsində tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunsa da hazırda Donetsk və Luqansk vilayətlərində döyüşlərin getdiyi bildirilir. Ukrayna Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Mariupol şəhərinə əlavə qoşun cəlb olunub.

AzNews.az
Bağla X