17:10
(077) 610-22-33

İrandan “Qərbə” ciddi hədə

  • >
278 17 Sentyabr 2012 09:31 | Region

Məhəmməd Əli Cəfəri: “Nüvə silahının yayılmaması müqaviləsindən çıxarıq”



İran Qərbi nüvə silahının yayılmaması ilə bağlı müqavilədən çıxa biləcəyi ilə hədələdi. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri Tehranda keçirdiyi mətbuat konfransında səsləndirib.

O, bildirib ki, İrana qarşı hərbi güc tətbiq olunarsa, onun ölkəsi nüvə silahının yayılmamsı ilə bağlı müqavilədən çıxacaq.

O, həmçinin əlavə edib ki, onun fikirləri İranın nüvə silahı əldə etmək planı kimi qiymətləndirilməli və bu cür təhrif olunmamalıdır. " İslam dini kütləvi qırğın silahlarının istehsalının əleyhinədir".

Sadiq
AzNews.az
Bağla X