19:55
(077) 610-22-33

İran Kazandakı Azərbaycan diasporu arasında fəal təblığat aparır

  • >
2 064 21 Sentyabr 2012 09:10 | Region

"İran və ərəb şiəçiliyi radikallığı ilə fərqlənir. Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsinin təblığ etdiyi Azərbaycan şiəçilyi isə sünnilərlə, diğər dini təriqətlərlə yaxınlaşmanın tərəfdarı kimi çıxış etməsilə fərqlənir". Bunu Rusiya "İslam Həmrəyliyi" Üləmalar Şurasının sədri Fərid Salmanov "Postsovet məkanına İran təsiri" mövzusunda Kazanda keçirilən dəyirmi masada səsləndirib.

Etnodini Tədqiqatlar Mərkəzinin əməkdaşı Vasili İvanov isə müzakirələrdə daha maraqlı fikirlər səsləndirib. Bildirib ki, əvvəllər Kazan Tibb Universitetinin Livandan olan tələbələri "Hizbullah" üzvləri idilərsə, indi vəziyyət dəyişib: "İran xüsusi xidmət orqanları Kazanda təkcə Azərbaycan diasporu arasında yox, həm də əfqanlar arasında fəal iş aparır".

Tədbirdə İrandan 500 tələbənin Kazan Universitetinə göndərilməsi ilə bağlı da narahatlıqlar ifadə olunub. Həmin tələbələrin nəzarətdən kənar qalacağı və dini təbliğat aparacaqları istisna edilməyib: "Universitetin beynəlxalq əlaqələr idarəsi bilmir ki, əcnəbi tələbələr harada yaşayır, boş vaxtlarında nə edir, dini mərasimlərə qatılır ya yox. Bir neçə livanlı tələbədən bizə miras qalan tatarlar üçün ənənəvi islama zidd kitablar oldu. Kazana yarım min iranlı gəldikdə nə olacaq?"

E.Əlosmanqızı
AzNews.az
Bağla X