08:41
(077) 610-22-33

Əhmədinejat 100 nəfərlə Amerikaya gedir

  • >
440 22 Sentyabr 2012 11:11 | Region

Sentyabrın 22-də İran prezidenti Mahmud Əhmədinejadın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a yola düşür. İran mətbuatının məlumatına görə, Əhmədinejad BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən sessiyasında iştirak edəcək. İran prezidentini 100-ə yaxın dövlət nümayəndəsi və jurnalist müşayət edir.

Bu siyahıdakı şəxslərin sayı daha artq ola bilərdi.İran tərəfi 160 nəfərlik bir nümayəndə heyəti ilə ABŞ-a səfər etmək üçün müraciət ünvanlasa da, adları siyahıda olanlardan bir çoxuna icazə verilməyib. ABŞ tərəfi ancaq 100 nəfərə viza verdiyindən siyahıdan 60 nəfərin adı çıxarılıb.

Alpər
AzNews.az
Bağla X