00:17
(077) 610-22-33

Rusiya Mərkəzi Bankından şok proqnoz

  • >
3 929 14 Mart 2015 22:55 | Region

Rusiya Mərkəzi Bankı (RMB) 2015-ci ildə ölkədən 111 milyard dollar həcmində təmiz kapitalın çıxarılacağını, sonrakı iki ildə isə tempin qismən zəifləyəcəyi barədə proqnoz verib.

Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, bank 2016-ci ildə rəqəmin 87, 2017-ci ildə isə 80 milyard dollar olacağını təxmin edir.

Bu haqda RMB-nin maliyyə-pul siyasəti ilə bağlı hazırladığı hesabatda deyilir. Sənəddə bildirilir ki, risk ssenarisinə əsasən, bu il ölkədən çıxarılan kapitalın həcmi 131 milyard da ola bilər.

Bank 2015-ci ildə neftin dünya bazarında qiymətinin 50-55 dollar civarında qalacağını gözləyir. Risk ssenarisi 3 il ərzində neftin qiymətinin minimum 40 dollar səviyyəsində qalmasını ehtiva edir.
Bağla X