23:04
(077) 610-22-33

Əli Mirəliyev: “İlhamənin goru çatlayır”

  • >
16 984 24 Fevral 2017 12:37 | Şou-biznes

“Xalq artisti, mərhum İlhamə Quliyevanın il mərasimində iştirak etməyəcəyik.”

Bunu AzNews.az-a açıqlamasında sənətkarın yaxın qohumu Əli Mirəliyev deyib. Onun sözlərinə görə, İlhamə Quliyeva ona il mərasimini keçirmək üstündə dava edənlərin heç birini sevmirdi:

“Onu öldürən elə Orxandır. Mən düşmənimin qapısına gedənəm? İlhamənin goru çatlayır orda. Gör, ona kimlər il mərasimi verir? Zəhləsi gedən, qorxduğu və onu öldürən insanlar. Ora kim gedər?!”

Xalq artisti İlhamə Quliyeva 2016-cı il fevralın 25-də dünyasını dəyişib. Sənətkarın il mərasiminin keçirilməsi ilə bağlı onun ailə üzvləri arasında qalmaqal yaranıb. Mərhumun bacısı Gülbahar Quliyeva fevralın 25-də Təzə Pir, Orxan Nadirov isə fevralın 24-də “Heydər” məscidində yas mərasimi verəcəyini bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X