06:05
(077) 610-22-33

İki teleaparıcının “Facebook” macəraları – ŞOK İTTİHAMLAR

  • >
9 906 6 Fevral 2013 10:20 | Şou-biznes

Zaur Baxşəliyevlə Xoşqədəm Hidayətqızı nəyi və kimi bölüşə bilmir?




"Azad Azərbaycan" telekanalının (ATV) iki tanınmış siması-Zaur Baxşəliyev ilə Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) arasında qalmaqal yaşanırmış. Qalmaqalın səbəbkarı isə Zaur Baxşəliyevin aparıcı olduğu "Ümid var" verilişinin prodüseri Faiq Ələkbərovdur.

AzNews.az-a daxil olan məlumata görə, bir-birilərinə qarşı soyuq münasibətdə olan aparıcıların bölüşə bilmədiyi verilişlərinin reytinqi və "ulduz"luqdur. Söhbət "Ümid var" və "Səni axtarıram!" verilişlərindən gedir. Burada F.Ələkbərov ilə X.Hidayətqızının qarşılıqlı həmlələri "Facebook" sosial şəbəkəsinə qədər uzanıb… Hər iki şəxsin bir-birilərinə qarşı ittihamları pik həddə çatdığı açıq-aydın hiss olunur. Hətta, təhqir…

Əvvəl prodüser F.Ələkbərovun, ardınca aparıcı X.Hidayətqızının yazdığı qeydləri təqdim edirik. Onu da qeyd edək ki, F.Ələkbərov xalq artisti İlhamə Quliyevanın mətbuat katibidir.

Faiq Ələkbərov:

"Ötən gün ATV-nin ən reytinqli aparıcısı Zaur mənə belə bir tapmaca dedi: O hansı aparıcıdır ki, "kitayski kukla" kimi 1 saniyədə 100 damla göz yaşı tökür? Açması?

ŞOK! ŞOK! ŞOK!
Yaxın günlərdə tanınmış aparıcının Oğuz rayonunun meşələyində bir iş adamı ilə foto-görüntülərini yayımlayacağam. Özünüzü yorub axtarmayın, şəkillər yalnız məndədir. Gözləyin!!!

İki il bundan öncə ATV-nin rəhbərliyi qarşısında mənim üçün göz yaşları axıdan bir aparıcı var idi. O qədər ağlamışdı ki, gözünün ağı qarasına qarışmışdı. Amma mən Zaur Baxşəliyevi seçdim. Çünki o, beynəlxalq statuslu aparıcıdır, ulduzdur və gələcəyə peşəkarlarla addımlamaq lazımdır".

Xoşqədəm Baxşəliyeva:

"Vəzifədə olan bir qohumum bir neçə müddət öncə telefon edib şikayət edir: "Ay Xoşqədəm, filan tanınmış jurnalist var aaa… bax onun yanında firlanan biri var, gəlib girdicə otağıma zorla, yalvar, yaxarla pulumuca əlimdən aldılar, beləsinə nə deyəsən?" Mən də dedim heç nə, icazə ver, adını açıqlayaq o dilənçinin. Söz vermişəm açıqlayım o adı, siz də tanıyasız adımızı batıran o dilənçiləri.."

Kişinin "padruqası" kişi olanda adamın gülməyi gəlir.

Neçə il əvvəl işdən haqlı olaraq qovulmuş (sonradan bildim) bir işçini mənim yanıma verdilər, tanımırdım. Təriflədilər. Əladı, filandı... elə bu vaxt bir işçi eşitdi ki, onu mənim yanıma veriblər. Başladı, nə başladı… utanıram o sözləri yazmağa. Yəni, deyilesi deyil. Xülasə, bir gün sonra həmin "tərifli" yanıma gəldi ki, bəs məni veriblər artıq başqa işə. (bir gün öncə onu yuyub-sərən insanın yanına). "Təriflini" yanıma çağırdım. O insanı yığdım, dünən bunun haqqında arvada qədər dedin. İndi onunla işləmək necə olur, deyə soruşdum. Cavab özünə uyğun idi: "Hə, elədi. Amma işim üçün lazımdır". Şok oldum, həmin o arvad adlandırılan (səsyazısı hələ də telefondadır) şəxs o insanla işləyəcəkdi və həm də bu təhqirdən sonra. Məncə, bir kişi üçün arvad deyilməsi ən böyük həqarətdi və bu həqarəti fəxrlə qəbul edənə nə deyəsən, burada susmaq lazım".

Fuad Mədətov
AzNews.az
Bağla X