05:00
(077) 610-22-33

Rəqqasə Fatimə qızına görə hüquq mühafizə orqanlarına müraciət edəcək

  • >
1 300 6 Fevral 2013 17:18 | Şou-biznes

Rəqqasə Fatimə Fətəliyeva hüquq mühafizə orqanlarına müraciət etməyə hazırlaşır. Səbəb isə bəzi xəbər saytlarında qızının şəkillərini yayması və haqqında xəbərlərin yazılmasıdır.




Şəxsi həyatının mediada işıqlandırılmasına qarşı olan F.Fətəliyeva AzNews.az-a bildirib ki, övladı haqqında nə isə yazıb, özlərinə reytinq yığmasınlar:

"Bu nə deməkdir axı? Deyəsən, məni şou-biznesdə olan bəzi insanlarla səhv salıblar?! Şəxsi həyatımı, övladlarımı mediada işıqlandırılmasının tərəfdarı deyiləm. Ovcumun içində övladımı saxlayıram ki, hansısa media nümayəndəsi onlardan yazsın? Övladım barədə nə isə yazıb, özlərinə reytinq yığmasınlar. Etdikləri hərəkətə diqqət yetirsinlər. Görsünlər ki, kimə nə edirlər. Heç bir zaman şəxsi həyatımdan reklam kimi istifadə etmədim. Elə ona görə də, bu cür məqamlar mənə çox pis təsir edir".

Qeyd edək ki, 16 yaşında ailə quran rəqqasənin, 1995-ci ilin noyabrın 22-də doğulan Aydan adlı qızı var.

Fuad Mədətov
AzNews.az
Bağla X