00:45
(077) 610-22-33

“Övladı olan ananın ailə qurmasını qəbul etmirəm” - Əməkdar artist

  • >
2 775 2 May 2017 16:12 | Şou-biznes

“Oğlum olsaydı, ailə qurmazdım”

“Biznesmen tapılır və həmin qızı götürüb aparır”

“İkinci övladımı dünyaya gətirmədim ki, ...”

ARB Ulduz-un “Şou məkan” verilişinin qonağı olan əməkdar artist Firuzə İbadova maraqlı açıqlamalarla yadda qalıb.

Əməkdar artist ilk olaraq söhbətə həyatda üzləşdiyi mənfiliklərin onun səhhətinə etdiyini təsirlərdən başlayıb:

“Hər kəs xəstələnə bilər. Elə xəstəliklər var ki, o, insanın həyat tərzi ilə, insanların insana düzgün olmayan mövqeləri ilə əsəblərini pozur. Bunun da adı çox pis səslənir ki, əsəb xəstəliyi. Əslində əsəbi insan deyiləm. Çox sakit insanam. Cod insan olsaydım, olanlara daha rahat dözə bilərdim. Baş verən bütün prosesləri içəri atıram. Daxilimdə özümlə mübarizə aparıram”.

Daha sonra sənətçi, olmuyan məsələlərə bəzək-düzək verərək danışanların onun əsəblərini pozduğunu dilə gətirib:

“Düzgün dedim, düzgün eləmədilər. Düz danışdım, düz danışmayan biri kimi təqdim etdilər. Bu cür hadisələr insanın psixoloji durumuna təsir edir. Hər şeydən küsürsən, imtina edirsən”.

Ailənin həm qadını, həm də kişisi olan Firuzə xanım ikinci dəfə ailə həyatı qurmamasının səbəblərini də açıb:

“Mən o qadınlardanam ki, evin atası olmadığı üçün, əri, oğlu olmadığı üçün özüm halal qazancımı evimə gətirirəm, ailəmi dolandırıram. Mən ailəm üçün pul qazandığıma görə yenidən ailə qurmağa önəm verən adam deyiləm”.

Sevgisini bölüşməyən əməkdar artist hətta ikinci övladının doğulmasını belə istəmiyib:

“Mən bir qadın olaraq, oğlumda olsaydı, yenə ailə qurmazdım. Övladı olan ananın ailə qurmasını birmənalı şəkildə qəbul etmirəm. Mən öz uşağıma elə bağlı insanam ki, elə vəfalı, etibarlıyam ki, hətta ikinci övladımı dünyaya gətirmədim ki, digəriylə sevgisini bölməyim”.

Sənətçi, onu “Oyuq Uşaq Teatr”ına musiqi rəhbəri olaraq dəvət etməklə sanki ona yeni bir dünya verdiklərini bildirib:

“Mən Səidə Haqverdiyevadan belə bir təklif aldım. Çox etimaddoğrulducu bir xəbər oldu. Çox sevindim ki, A. Şaiq adına Kukla Teatrının nəznində olan “Oyuq Uşaq Teatr”ına musiqi rəhbəri kimi dəvət olundum. Orda körpələrimizə klassik və müasir bəstəkarlarımızın, həm uşaq mahnılarını, həm köhnə, keyfiyyətli musiqilərimizi öyrədəcəm”.

Sonda Firuzə xanım gənc həmkarlarından şikayətlənib:

“Mən sənətə gələndə demirdim ki, mənim dəbdəbəli evim olsun. Necə ki, indi də yoxdur. Dəbdəbəli evim, maşınım, bağım olsun istəməmişəm. Mən dəbdəbəli mahnı istəyirdim. Bir də görürsən ki, hansısa müğənni 3-4 il oxudu. Hansı kanalı açırsan, onu görürsən. Qoy olsun, pulu var, edir. 3 ildən, 4 ildən sonra həmin müğənni yox olur. Bir nəfər biznesmen, bir nəfər pullu adam tapılır və həmin qızı götürüb aparır. O adamlara müğənnilik lazım deyil. Müğənnilik mənə lazımdır”.

AzNews.az

Bağla X