06:40
(077) 610-22-33

İlhamə Quliyeva teleaparıcını hədələdi – VİDEO+FOTO

  • >
468 8 Fevral 2013 10:04 | Şou-biznes

Ziya Məmmədovun oğlunun klipi təqdim edildi



Əməkdar artist Abbas Bağırov Bakı Caz Mərkəzində həmkar dostlarını, pərəstişkarlarını və KİV nümayəndələrini bir araya toplayaraq yeni "Sev məni" adlı albomunu və eyniadlı klipini təqdim edib. AzNews.az-ın məlumatına görə, müğənninin albomuna daxil olan mahnıların əksəriyyəti Türkiyədə hazırlanıb.

"Sev məni" mahnısının musiqisi Abbas Bağırovun özünə, sözlərinin müəllifi isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədova məxsusdur. Mahnının aranjeman edən türk aranjemançı Taner Tepeçikdir. Ümumiyyətlə, alboma daxil olan mahnıları əməkdar artist Ənvər Sadıqov və Taner Tepeçik aranjeman edib.

Mahnıya Türkiyədə klip çəkilib. Bir müddət əvvəl A.Bağırovun Türkiyədə yol polisləri tərəfindən saxlanılması və hətta, həbs olunmasıyla bağlı yayılan məlumatlara da bu klip vasitəsiylə aydınlıq gətirilib. Belə ki, baş verən hadisələr klipin ssenarisidir. Ssenariyə görə, avtomobil qəzası keçirən A.Bağırov həlak olur və onu gözələyən sevgilisi xəbəri televiziyadan nümayiş olunan informasiya verilişində canlı yayımda görür. Bununla da lirik mahnıya çəkilən faciə janrında olan klip bitir. Klipi türk rejissor Altan Dönməz ekranlaşdırıb.

Teleaparıcı İlkin Həsəninin təqdimatında keçirilən tədbirdə mədəniyyət və incəsənət nümayəndələri iştirak edirdilər. Tədbirin təşkilatçısı isə səbəbkarın yaxın dostu, bəstəkar və müğənni Hacı Nazim Məmmədovdur. Müğənninin piar işlərini Tural Manaflı həyata keçirir.

Tədbirin ən maraqlı anları xalq artisti İlhamə Quliyevanın səhnəyə çıxmasından sonra başlayıb. Primaddonna çox danışandan sonra Abbas Bağırovu səhnədən "xalq artisti" fəxri adına layiq görüb:

"Kaş mənim də əlimdə imkan olardı. Mən də bəzi adamların əlindən "xalq artisti" fəxri adını alıb, Abbas kimi sənətkara verərdim. Etiraf edim ki, aramızda elələri var ki, bu ad onlara layiq deyil".

İ.Quliyeva səhnədə çıxış etdiyi zaman tamaşaçılar arasında əyləşən "Lider" televiziyasında yayımlanan "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlunu hədələyib. Xalq artisti teleaparıcıya tədbiri tərk etməsini deyib.




Fuad Mədətov
AzNews.az



Bağla X