05:09
(077) 610-22-33

Dananın “Şəmkir” sevdası – EKSKLÜZİV

  • >
702 11 Fevral 2013 12:13 | Şou-biznes



Əsl adı Dürdana olan Dağıstanın tanınmış müğənnisi Dana Azərbaycan şou-biznesinə qatılmaqda iddialıdır. Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, ona telejurnalist Lamiyə Əkbərova kömək edir.

Müğənni artıq Azərbaycanda ilk yaradıcılıq işini də həyata keçirib. Belə ki, musiqisi və sözləri Cabbar Musayevə məxsus olan "Şəmkir" mahnısını ifa edib:

"Düzdür, mahnını ləhcəylə ifa etmişəm, amma deyilənə görə, əla alınıb. Bu da təbiidir. Mahnını orijinal versiyada, yəni ki köhnə aranjemanda, olduğu kimi öz səsləndirmişəm".

Məlumat üçün bildirək ki, bundan əvvəl "Şəmkir" mahnısını bir çox müğənnilər ifa edib. Mahnı daha çox Elxan Şirinov və Könül Kərimovanın ifasında yadda qalıb.

Azərbaycan, rus dilləriylə yanaşı, ingilis, fransız, yəhudi, tat və başqa dillərdə mahnılar oxuduğunu deyən Dana, azərbaycanlı həmkarı Nazənin ilə bir neçə duet mahnılar yazdıraraq, birgə layihələrini hazırlayacaqlarını söyləyib.

Fuad Mədətov
AzNews.az
Bağla X