ABŞ-ın 45 yaşlı eks-prezidenti Barak Obama uzun illərdir ki, Beyonce və Cey-Zi cütlüyü ilə dostluq edir. ABŞ-ın 45 yaşlı eks-prezidenti Barak Obama uzun illərdir ki, Beyonce və Cey-Zi cütlüyü ilə dostluq edir.

Barak Obama təsadüfən Beyonce haqqında bu məlumatı yaydı - Video

ABŞ-ın 45 yaşlı eks-prezidenti Barak Obama uzun illərdir ki, Beyonce və Cey-Zi cütlüyü ilə dostluq edir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama Cey-Zini adı şöhrətlər zalına daxil olan ilk reper olduğu üçün təbrik edib. Təbriki zamanı, təsadüfən onun əkizlərinin cinsiyyətini də açıqlayıb.

Obama reperlə oxşar cəhətlərinin olduğunu vurğulayıb. Onların hər ikisi atasız böyüyüb və həyat yoldaşları onların özlərindən daha məşhurdur:

"Cey-Zi və mən qızlarımıza çox bağlıyıq. Hərçənd, tezliklə o, məni üstələyəcək. Onun əkiz qızları olacaq."

Qeyd edək ki, Barak Obamanın 2 - Saşa və Maliya adlı qızları var. Cey-Zininsə hələlik 1 qızı var - Blu Ayvi. Beyonce və Cey-Zi növbəti dəfə valideyn olmağa hazırlaşır.