15:48
(077) 610-22-33

Şəbnəm Tovuzludan tamaşaçılarına hörmətsizlik - “Pullarını geri ala bilərlər”

  • >
14 638 18 İyul 10:51 | Şou-biznes

“Müğənni Şəbnəm Tovuzlunun Mingəçevirdə nəzərdə tutulan konserti üçün bilet alanlar pullarını geri ala bilərlər”.

Bunu AzNews.az-a açıqlamasında Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov bildirib. Onun sözlərinə görə, tamaşaçılar teatrın kassalarına müraciət etməlidirlər:

“Biz həmin gün zalı Şəbnəm Tovuzluya icarəyə vermişdik. Onun prodüseri, köməkçiləri, bir sözlə, təşkilatçıları gəldi, danışdıq və müqavilə imzaladıq. Bu konsertin teatra heç bir aidiyyatı yoxdur. Tamaşaçılar bilet üçün pul verib, indi onu teatrın kassalarına qaytarıb, pullarını geri ala bilərlər”.

Səxavət Məmmədov Şəbnəm Tovuzlunun konserti üçün satılan biletlərin qiymətini də açıqlayıb:

“163 nəfərlik yerdir. Biletlərin də qiyməti 5 manatdan 20 manat arasındadır”.

Qeyd edək ki, Müğənni Şəbnəm Tovuzlu iyulun 17-də Mingəçevir Dövlət Dram Teatrında konsert keçirəcəyini bildirmişdi. Konsert günü onun qəzaya düşməsi ilə bağlı məlumat yayılsa da Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillərin toqquşması barədə qəzanın qeydə alınmamasını qeyd edib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X