15:07
(077) 610-22-33

Əməkdaşımız mükafatlandırıldı

  • >
455 7 Mart 2013 15:29 | Şou-biznes

"İlin maqazin jurnalisti" mükafatı öz sahiblərinə paylandı. "Show production"un təqdim etdiyi "THE BEST OF STAR" mükafatını alanların arasında AzNews.az-ın əməkdaşı Fuad Mədətov da var.


F.Mədətov mükafatı təqdim edənlərə və tədbirin təşkilatçılarına təsəkkürünü bildirdi. Onun sözlərinə görə, "Show production" tərəfindən keçirilən təqdimetmə mərasimində şou-biznesin məşhur simaları, modellər, stilistlər və jurnalistlər də yer alıb. Nadir Qafarzadə "İlin ən yaradıcı müğənnisi", Vüqar Camalzadə "İlin bəstəkarı", Sevda Yahyayeva "İlin uğurlu layihəsi", Samir Piriyev "İlin sevilən müğənnisi", "Onlar" verilişinin aparıcısı Afaq Gəncəli "İlin maraqlı şou biznes proqramı", Yaşar Yusub "İlin hit mahnısı", "ATV maqazin" "İlin ən qocaman maqazin verilişi", Elnur "İlin sevilən müğənnisi" nominasiyasına layiq görülüb.

"İlin ən maraqlı layihəsi və klipmeykeri" isə Zöhrab Ağayev seçilib. Xalq artisti İlhamə Quliyeva da mükafat alanlar siyahısında olsa da, səhhətində problem yarandığı üçün gecəyə qatıla bilməyib.

Bahar Rüstəmli
AzNews.az

Bağla X