AzNews.az saytı Balakəndə 62 yaşlı kişinin intihar etməsi ilə bağlı yeni məlumat əldə edib. AzNews.az saytı Balakəndə 62 yaşlı kişinin intihar etməsi ilə bağlı yeni məlumat əldə edib.

62 yaşlı kişinin intiharının təfərrüatı: “Deyirdi özümü öldürəcəm...”

AzNews.az saytı Balakəndə 62 yaşlı kişinin intihar etməsi ilə bağlı yeni məlumat əldə edib.

Püştətala kənd sakinlərinin AzNews.az-a verdikləri məlumata görə, Sabir Osmanov şəkər xəstəliyindən əziyyət çəkirmiş:

“Uzun zamandır, şəkər xəstəsi idi, müalicələrdən bezmişdi. Buna görə də spirtli içki qəbul edirdi. İçən kimi də övladlarına “özümü öldürəcəm” deyirdi. Eşitdim ki, bu gün səhər saatlarında özünü asıb. Ailəli idi, 6 övladı qaldı”.

Qeyd edək ki, Balakəndə 62 yaşlı kişinin intihar etməsi barədə mətbuatda xəbər yayılmışdı. Rayonun Püştətala kənd sakini, 1956-cı il təvəllüdlü Sabir Qurban oğlu Osmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən asılı vəziyyətdə aşkarlanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az