“Bəxtimi “Maşın”da sınamağa qərar verdim”. “Bəxtimi “Maşın”da sınamağa qərar verdim”.

“Bu maşın mənim olmalıdır” - Əli Mirəliyev

“Bəxtimi “Maşın”da sınamağa qərar verdim”.

Bunu AzNews.az-a açıqlamasında “Maşın” realiti-şousunun bu dəfəki iştirakçılarından olan müğənni Əli Mirəliyev deyib. Onun sözlərinə görə, oyuna qatılmaqda məqsədi şouda sonadək mübarizə aparmaqdır:

“Həmişə cavanlar iştirak edib. Dəvət gəldi, qəbul etdim. Düşündüm qazanc yerim yoxdur, bu maşını bundan sonra 20 il də yaşasam, ala bilmərəm. Bu üzdən sona kimi oyunda qalmalıyam. Bu maşın mənim olmalıdır. Ölsəm də əlimi maşından çəkməyəcəm”.

Qeyd edək ki, ATV-də yayımlanan “Maşın” realiti-şousuna start verilib. Müğənni Roza Zərgərli aparıcı Günel Hümbətovanı oyundan kənarlaşdırıb.

Bahar RÜSTƏMLİ
AzNews.az