23:07
(077) 610-22-33

Rəqsanə əməkdar artistin cavabını verdi

  • >
548 1 May 2013 07:53 | Şou-biznes

Müğənni Rəqsanə İsmayılova əməkdar artist Zöhrə Abdullayevanın onun haqda dediyi sözlərə münasibət bildirib.

Xatırladaq ki, Zöhrə Abdullayeva Rəqsanəyə xitabən "İnternetdə onun canlı çıxışlarına baxmışam. Oxuya bilmir, sənəti yoxdur. Amma insan kimi çox yaxşıdır" deyib.

Axşam.az saytına açıqlamasında Rəqsanə bildirib ki, sənəti, səsi olmayan müğənninin ayın 20 günü nüfuzlu insanların məclislərində oxuması mümkünsüzdür.

"Səsim olmasa, yüzlərlə insanın qarşısında canlı necə oxuya bilirəm? Təklif aldığım məclislərdə səhnəni dünya ulduzları ilə paylaşıram. Heç bir vaxt oxumaq, repertuar problemim olmayıb. Amma efirə çıxıb Rəqsanəni bəyənmədiyini söyləyənlərin heç birini belə məclislərdə görmürəm.
Yeri gəlmişkən qeyd edim ki, bu gün Moskva toylarında xanımlardan daha çox tələb olunan mən və Könül Kərimova, kişilərdən isə Elton və Xəyyam Nisanovdur. Həmkarlarım da mənim toy oxumaq bacarığıma bələddirlər. Əksər toylarda mahnılarımı oxuyan sənətçilər efirə çıxanda məni tənqid obyektinə çevirirlər. Bu haqsızlıqlara qarşı mübarizə aparmalıyam" - deyən Rəqsanə əslində belə mövzularda danışmağın ona xoş olmadığını dilə gətirib.

"Bu gün mənə ailəm, Türkiyədə görülən sənət işlərim maraqlıdır. Yerli şou-biznesi izləməyə vaxtım belə olmur. Əgər bu olsa belə qalmaqal yaradıb kiməsə tənqid ünvanlamaram. Amma mənim adımı hallandırırlar. Qəribədir ki, görüşəndə üzümdən öpüb tərif yağdıranlar efirdən arxamca danışır.

Zöhrə xanıma gəlincə qeyd edim ki, Hacı xanım kimi ona hörmətim sonsuzdur. Repertuarında "Segah"ı eşidəndə zövqlə dinləyirəm. Mənə onun haqqında sual versələr müsbət şeylər danışaram. Qadının qadın haqqında heç nədən tənqidi fikir bildirməsinə münasibətim birmənalı deyil".

AzNews.az
Bağla X