04:34
(077) 610-22-33

Zöhrə Abdullayeva: “Bu söhbətin axırınacan gedəcəyəm“ - QALMAQAL

  • >
424 7 May 2013 09:19 | Şou-biznes

Əməkdar artist Zöhrə Abdullayeva barəsində gəzən şayiələrdən narahat olduğunu söyləyib. Lent. az-a açıqlama verən müğənni deyib ki, barəsində əsassız məlumatları yayanın kimliyindən xəbərdardır: "Belə bir şayiə yayılıb ki, guya, müğənniliyə gəlməmişdən qabaq qatarda bələdçi işləmişəm. Bələdçi işləmək ayıb deyil. Amma bilmirəm ki, bu söz-söhbətlər hardan çıxıb? Birincisi, orta məktəbi bitirən kimi ərə getmişəm. Özü də elə bir oğlana ki, məni çölə qoymurdu. Həyat yoldaşım dünyasını dəyişəndən sonra universitetə daxil oldum. İstəsəniz, bütün sənədlərimi göstərə bilərəm. İkincisi, atam Şuşada Təhsil Şöbəsində çalışıb, işləməyə ehtiyacım olmayıb."

Müğənni daha sonra bu şayiələri kimin yaydığını söyləyib: " İkinci adamsız ki, bunu məndən soruşursunuz. Bu söz-söhbətləri müğənni Mətanət Əsədova yayıb. Onu məhkəməyə verməyə hazırlaşırdım. Amma o, məndən üzr istədi. Mətanət müsahibələrinin birində " Zöhrəni bələdçi işləyən vaxtdan tanıyıram" demişdi. Kim öyrədib onu? Bilirəm ki, bu, onun yox, onu öyrədənin fikridir. Bu söhbətlər şərəf və ləyaqətimə ləkədir. Çünki qalmaqal edib, kiminsə ittihamlarına cavab verən yaşda deyiləm. Sonda deyim, bilsinlər, bu söhbətin axırınacan gedəcəm".

Məsələ ilə bağlı Mətanət Əsədova ilə əlaqə saxladıq. O, həmkarının ittihamlarına bu cür münasibət bildirib: "Zöhrə Abdullayeva barədə söhbəti bağlasaq, yaxşı olar, onun barəsində danışmaq istəmirəm ".

AzNews.az
Bağla X