03:20
(077) 610-22-33

“Təranə gözünün içinə kimi yalan danışır”

  • >
426 15 May 2013 09:03 | Şou-biznes

“Nə Təranə, nə də Musa heç bir vaxt Niyaməddin Musayevin evinə gedə bilməz”



Dünən yayılan məlumatlarda iddia olunurdu ki, müğənni Musa Musayev və Təranə Qumral xalq artisti Niyaməddin Musayevi ziyarət etmək üçün onun yaşadığı evə gediblər. Bununla bağlı açıqlama verən T.Qumral hətta bildirib ki, onları N.Musayevin qızı Röya qarşılayıb.

Xalq artistinin qardaşıoğlu Əli Musayev isə AzNews.az-a açıqlamasında Təranə Musayevanın yalanını üzə çıxartdı: "Nə Təranə, nə də Musa heç bir vaxt Niyaməddin Musayevin evinə gedə bilməz. Bu mümkün olan şey deyil. Onlar Niyaməddin Musayevin oğlu yox, qızıgilə gediblər. Təranənin Niyaməddin müəllimin evinə getməyə ixtiyarı yoxdur. Gözlərinin içinə kimi yalan deyirlər. Utanmır, Niyaməddin Musayevin ailəsini "faşist" adlandırıb, sonra da durub, onun qızının evinə gedir. Sənin Niyaməddin müəllimin qızının evinə nəyə görə getdiyini mən də, Cabbar da yaxşı bilirik. Bunu da açıqlayacam, amma məhkəmədən sonra".

Ə.Musayev onu da bildirdi ki, Təranə Qumral dediyinə əməl edib və onları məhkəməyə verib: "Onlar tələb edir ki, guya biz üzr istəyək. Bütün faktları yazmışam. Hər şey Musanın polis idarəsində verdiyi izahat üstündə qurulub. Musa mənə nə deyibsə, onu da media nümayəndələrinə vermişəm. Cabbarın bu məsələdə iştirakı yoxdur. Amma Cabbar Musayev də vəkil tutub. Baxarıq, kim üzr istəyəcək".

Bahar Rüstəmli
AzNews.az

Top xəbərlər
Bağla X