06:53
(077) 610-22-33

Tolik Faiq Ağayevdən üzr istədi- qarşıdurma bitdi

  • >
760 16 Dekabr 2013 09:03 | Şou-biznes

Prodüser Tarıx Əliyev (Tolik) Xalq artisti Faiq Ağayevdən üzr istəyib.

AzNews.az xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev özünün facebook səhifəsində yazıb:

"Son zamanlar bəzi mətbu orqanlarında barəmdə ardıcıl olaraq çirkin məlumatlar yer alırdı. Məsələnin şəxsi olmasını və dəyərli mətbuat nümayəndələrinin israrlı istəklərini nəzərə alaraq, mövzuya münasibət bildirmək məcburiyyətindəyəm.

Təqribən yarım il ərzində prodüser Tolik tam səbəbsiz və əsassız olaraq, ünvanıma xoşagəlməz fikirlər bildirməkdə idi. Dərclərin miqyası artdıqda, məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb, hərəkətlərinə rəsmi izah gətirməsini istədim.

Məlum oldu ki, Tolik bu hərəkətləri ətrafında dolaşan bədxahların yalan sözlərinə inanaraq, onların təhriki nəticəsində edib. Bu həqiqət ortaya çıxdıqdan sonra Tolik etdiklərindən təəssüflənib, məndən üzr istədi. Onun bu səmimi, cəsarətli addımını dəyərləndirib, üzrxahlığını qəbul edib, aramızda olan mənasız qarşıdurmaya son qoydum".

Bahar
AzNews.az
Bağla X