09:31
(077) 610-22-33

Aygün Kazımovaya cadu ediblər

  • >
637 17 Yanvar 2014 11:26 | Şou-biznes

Xalq artisti Aygün Kazımovaya cadu ediblər.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "Pərdə" verilişinə açıqlamasında deyib.

O, caduya inanmadığını bildirib:

"Bu yaxınlarda görücü Yeganə haqqımda açıqlama verib. Amma narahat olmasın, hər şey Allahın əlindədir. İncəsənət qurban tələb edir. Bu cür risklər olmalıdır. Fala inanıram, amma baxdırmıram. Caduya xərclədiyim pula gedib mahnı alaram. Mənə çox cadu ediblər. Hətta bir dəfə evimdən dəmir tapmışdım. Maraqlı yerdən çıxdı deyə diqqətimizi çəkdi. Köməkçilərim dedi ki, əl vurmayın. Mənə cadu edənlərə demək istəyirəm ki, əziyyət çəkib pullarını boş yerə falçılara xərcləməsinlər. Məni cadu tutmur. Əgər olsaydı, gərək çoxdan ölərdim".

AzNews.az
Bağla X