15:16
(077) 610-22-33

“Qızdırmalı halda yataqdan qalxdım, təklifi yerə salmadım” – Rəqsanə

  • >
1 933 27 Mart 2014 13:56 | Şou-biznes

Müğənni Rəqsanə İsmayılovanın 2007-ci ildə lentə alınan səsyazma studiyasından kadr ötən gün mətbuatda yenidən gündəmə gətirilib.

Həmin lent yazısında mahnının üzərinə zümzümə edən ifaçının səsinin nasazlığı müzakirəyə çıxarılıb. Sosial şəbəkələrdə müzakirə eilən həmin görüntülərə sənətçi AzNews.az-da aydınlıq gətirib:

"Diqqətlə kadrı izləyəndə arxa fonda mənim təmiz səs yazımı eşidilir. Bunu nəyə görə oxuduğumu izah etmək məcburiyyətindəyəm. Lider Televiziyası həmin ərəfədə yeni mahnım haqqında sujet hazırlayırdı. Təklif elədilər ki,səsyazma studiyasına gedib, mahnını zümzümə edim. Qızdırmalı, xəstə yatağından qalxıb, təklifi yerə salmadım. İkinci səsim efirə getməyəcəkdi. Ona gorə, arxayın xəstə səslə oxudum. Kimin səsi tutulmur ki? Müğənninin səsi tutulanda, onun ifasını topa tutmaq lazım deyil. Mən kadrların nə zamansa ictimaiyyətə yayılacağını bilsəydim, bu addımı atmazdım. Səsimə gəlincə, dəfələrlə müxtəlif mövzularda, buna toxunmuşam. Mən bu gün ən çox toy oxuyan müğənnilərdənəm. Nəinki Azərbaycanda, başqa ölkələrdə ən yaxşı toylara dəvət olunuram. Əgər səsimdə belə qüsur varsa, hansısa canlı ifada özünü göstərərdi və bunu dərhal çəkib paylaşardılar. Demək ki, yoxdu".

Bahar Rüstəmli
AzNews.az

Bağla X