12:13
(077) 610-22-33

Kamran Həsənli: “Aparıcıların əksəriyyəti cinsi azlığın nümayəndələridir”

  • >
6 166 19 Sentyabr 2012 12:00 | Şou-biznes

DJ Kazım Bağırov: “Belə aparıcılar tamaşaçılar üçün daha maraqlıdır”


"Aparıcıların hamısı hemoseksualistdilər". Bu sözləri teleaparıcı Kamran Həsənli AzNews.az-a verdiyi müsahibəsində deyib: "Məgər bunlar efirə baxanda görünmür? Konkret ad çəkməyin mənası yoxdur. Əbəb-ərkana doğru gəlməyən bir şeydir. Ona sadəcə, demaqoqluq deyirlər. Son zamanlar bizim ekranımız elə adına layiqdir. Əvvəllər buna mavi ekran deyirdilər.

Elə indi ekranlarımız maviləşib. Baxmayaraq ki, çoxdandır rəngli televizorlara baxırıq. Təkcə aparıcılar deyil, elə müğənnilərin arasında da mavilər çoxdur. Buradan baxanda biz olanları hiss etmirik. Amma xarici ölkələrdən baxanda adam çox gərgin hallar keçirir".

"Azad Azərbaycan Radiosunun" DJ-i Kazım Bağırov isə açıqlamasında şəxsi həyata müdaxilə olunmamasını vacib saydı: "Kimsə gəlib şəxsi həyatını mənimlə bölüşmür. Heç kəs, hətta yaxın aparıcı da şəxsi həyatını mənimlə bölüşmür. Qaldı bu ittihamın aparıcılara ünvanlanmasına, bu gün onlar cəmiyyət üçün daha maraqlıdır. Bu dəqiqə aparıcılar müğənnilərdən daha populyardır. Müğənnilərin hər şeyi məlumdur. Artıq onların müzakirə olunası heç nələri yoxdur. Maşınları, evləri, şəxsi həyatlarını reklam ediblər. Belə olan halda gündəmə aparıcılar gəlir".

Bahar
AzNews.az
Bağla X