12:04
(077) 610-22-33

Gülyaz Məmmədovanın səhhəti pisləşdi – EKSKLÜZİV

  • >
1 567 21 Sentyabr 2012 12:57 | Şou-biznes

Əməkdar artist, müğənni Gülyaz Məmmədovanın qəfil səhhəti pisləşib. Bu barədə AzNews.az-a müğənni özü deyib. O, bildirib ki, səhhətində yaranan narahatçılıq dünənki hava ilə əlaqədar olduğuna güman edir: "Yorğunam... yəqin ki, səhhətimdə yaranan narahatçılıq dünənki hava ilə əlaqədardı. Həmişə Gülyanaqla birlikdə səsimizə görə həkim nəzarətində oluruq. Dünən həkimin yanına gedəndə, o, yaxşı bir söz dedi: "Səsi sizə Allah verib. Soyuqlamısınız. Bunun da qarşısını alırıq ki, səsinizə heç nə olmasın. Biz kimik ki, sizə səs verək". Özümü yaxşı hiss edirəm. Narahatçılığa ehtiyac yoxdur".

G.Məmmədova yaradıcılıq işlərindən də danışara qeyd edib ki, oktyabr ayının 6-da solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının kollektiviylə Qubada keçiriləcək Alma bayramında konsert proqramıyla çıxış edəcəklər.

Müğənni əlavə edib ki, Qubaya getməzdən bir gün əvvəl-oktybr ayının 5-də Opera və Balet teatrında səhnələşdirilən "Arşın mal alan" tamaşasında həmişəki kimi Telli rolunu canlandıracaq.

Fuad Mədətov
AzNews.az
Bağla X