08:43
(077) 610-22-33

Məşhur aktyor söyüşə görə 20 min cərimələndi

  • >
1 112 24 Sentyabr 2012 11:23 | Şou-biznes

Receb İvedik rolu ilə tanınan və sevilən Türkiyənin məşhur aktyoru Şahan Gökbakır məhkəməyə verilib. Səbəb isə onun həmkarı Hüseyn Ayni Danyalın ünvanına təhqiramiz sözlər söyləməsi olub.

Belə ki, Hüseyn Ayni Danyal türk kanallarından birinə müsahibəsi Şahan Gökbakırı çox qəzəbləndirib. Müsahibəsində "Receb İvedik"i səviyyəsiz aktyor kimi qiymətləndirən Hüseyn belə deyib: "Məşhur olmaq üçün deyil, aktyorluq edə bilmək üçün bu peşəni seçmişəm. Yaxşı filmlər qədər pis filmlər də çıxır. O filmləri izləməyi kino vərdişini yaratmaq üçün görülmüş işlər kimi baxmaq lazımdır. Türk kinosu sektor halına gəldiyi bir vaxt tamaşaçı "Receb İvedikə baxım, yoxsa hər hansı sənət filminə?",- deyə düşünməyə başlayacaq". Aktyor müsahibəsində bu tərz filmləri bəyənmədiyini bildirib.

Adının bu şəkildə çəkilməsinə Şahan Gökbakır sərt reaksiya verib. Media vasitəsilə Hüseyn Danyala ismarış yollayıb: "Saxtakar. Ortalıqda qalan. Çaqqal ruhlu".
Bu ismarışdan sonra Şahan aktyor tərəfindən məhkəməyə verilib. Məhkəmə Hüseyn Danyalın xeyrinə başa çatıb və o, qarşı tərəfdən 20 min türk lirəsi dəyərində təzminat alıb.

"Receb İvedik" isə "Pulumu verdim, indi nə qədər istəsəm, söyə bilərəm" deyə bildirib.

Əminə
AzNews.az
Bağla X