- Köhnə - Şou-biznes
- 7 Oktyabr 2015 14:34
- 5 190
Azis yenə Bakıya gəlir
Məşhur bolqar müğənni Azis yenidən Bakıda konsert verəcək.
Bu barədə AzNews.az-a konsertin təşkilatçısı Samir Xəttab məlumat verib. O, bildirib ki, konsert dekabrın 19-da baş tutacaq. Azis Elektra Events Hallda çıxış edəcək: "Bu konsert daha möhtəşəm, daha qeyri-standart keçəcək. Gözləmədiyiniz sürprizlər olacaq. Sizi konsertin başından sonuna kimi möhtəşəm şou gözləyir."
Konsertin biletlərinin qiymətləri məlum olub. Belə ki, dekabr ayının 19-da baş tutacaq konsertin qiyməti 20-150 AZN-dir.
Xatırladaq ki, Azisin ilk Bakı konserti bu ilin iyul ayında baş tutub. Anşlaqla keçən konsert birmənalı qarşılanmayaraq, uzun müddət medianın gündəmindən düşməyib.