06:09
(077) 610-22-33

Azərbaycan və İran Rusiya üçün mühüm tərəfdaşdır - Putin

  • >
880 8 Avqust 2016 21:10 | Siyasət

Azərbaycan və İran Rusiya üçün mehriban qonşu və mühüm tərəfdaşdır.


Bunu Rusiya Prezidenti Vladimir Putun bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə deyib.

V.Putin deyib: "Bizim məhsuldar əməkdaşlıq təcrübəmiz var. Bu gün biz, sozsüz ki, münasibətlərdə yeni səhifə açır, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk".

Rusiya Prezidentinin sözlərinə görə, belə bir format labüddür.

V.Putin həmçinin qeyri-sabitlik zonaları, qaynar nöqtələr, ilk növbədə "İslam dövləti" və digər terror təşkilatları tərəfindən artan terror təhlükəsi kimi problemlərin həlli yollarının tapılması üçün daha sıx qarşlıqlı fəaliyyət qurulmasının vacibliyini qeyd edib.

Rusiya Prezidenti beynəlxalq terror təşkilatlarının fəaliyyəti haqqında informasiya mübadiləsinin aktivləşdirilməsinin məqsədəuyğun olduğunu qeyd edib: "Bu, bizim ölkələrin ərazisi ilə terrorçuların, silah və narkotikin tranzitinin qarşısının daha səmərəli alınması üçün vacibdir".


Trend.az
Bağla X