02:40
(077) 610-22-33

İlham Əliyev “Elm haqqında” Qanunu təsdiq etdi

  • >
1 619 9 Avqust 2016 23:46 | Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Fərman imzalayıb.


AzNews.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabinetinə beş ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Elm haqqında" Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Nazirlər Kabinetinə həmçinin tapşırılıb ki, həmin Qanunun 12.6-cı maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Bağla X