02:34
(077) 610-22-33

Rüstəm Usubov: “Bəziləri referenduma ləkə salmağa çalışır”

  • >
2 169 18 Avqust 2016 12:52 | Siyasət

“Prokurorluq orqanlarının referendumla bağlı əsas işi daxil olan şikayətlərə baxmaq, referenduma çıxarılmış məsələlərin mahiyyətini izah etməkdir”.


Bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə "Referendumda iştirak hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu" mövzusunda çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov söyləyib.

R. Usubov seçki prosesində müsbət dinamikanın müşahidə edildiyini vurğulayıb: "Bu da aparılan maarifləndirmə, qanunvericiliyin tələblərinin izah olunması ilə bağlıdır. Fiziki və hüquqi şəxslərin seçki və referendum prosesinə müdaxilə etməsi yolverilməzdir".

R. Usubov qeyd edib ki, indidən bəziləri referenduma ləkə salmağa, "Konstitusiyaya dəyişikliklərə yox" vərəqələri yaymağa çalışırlar: "Prokurorluq və hüquq-mühafizə orqanları belə halların qarşısını qətiyyətlə alacaq. Referendumun ən yüksək səviyyədə keçirilməsini təmin edəcəyik".

APA.az
Bağla X