23:47
(077) 610-22-33

Ramiz Mehdiyev yeni təyinatlardan danışdı

  • >
624 3 Dekabr 2012 11:35 | Siyasət

"Burada heç bir başqa fikir ortada yoxdur"

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəhbərlik etdiyi struktura bir neçə şəxsin müavin təyin olunması məsələsinə münasibət bildirib.

AzNews.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən R.Mehdiyev deyib ki, qərar ilk növbədə Administrasiyadakı işin həcminin böyük olması ilə bağlıdır: "Administrasiyada işin həcmi çox böyükdür. Bu qərar digər tərəfdən şöbə müdirlərinin statusu və səlahiyyətlərinin artırılmasıdır. Burada heç bir başqa fikir yoxdur. Sadəcə, işin çoxluğu və vəzifələrin artırılmasıdır. Onlar əvvəlki vəzifələrində qalırlar. Sadəcə olaraq eyni vaxtda digər vəzifəni də icra edəcəklər".

Vasif Həsənli
AzNews.az
Bağla X